
Trump: Atəşkəsə nail olmasam, məyus olacağam
15 Avqust 20:00
15 Avqust 20:00
15 Avqust 19:34
15 Avqust 18:34
15 Avqust 18:03
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Son zamanlar Ukraynaya hücumlarını gücləndirən Rusiya ötən gecə bu günə qədərki ən böyük hava hücumlarından birini həyata keçirib.
Ukrayna Silahlı Qüvvələrinin açıqlamasına görə, 60 raket və 477 drondan istifadə edilən hücumlarda 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Ukrayna da bir gün əvvəl Rusiyanın cənubundakı Marinovka aviabazasına dron hücumu həyata keçirib və oradakı iki Su-34 təyyarəsinin məhv edildiyi, ikisinin isə zədələndiyi bildirilib.
Ukrayna ordusu 249 dronun 39 raketlə vurulduğunu, 226 dronun isə elektron döyüş üsulları ilə zərərsizləşdirildiyini açıqlayıb. Bildirilib ki, Ukrayna ordusuna məxsus qırıcı təyyarələr Rusiyanın həyata keçirdiyi hava zərbələrinin qarşısını almaq üçün missiya uçuşları həyata keçirir. Açıqlamada hücum zamanı 1 ədəd F-16 döyüş təyyarəsinin zədələndiyi, təyyarənin pilotu Maksim Ustimenkonun isə həlak olduğu bildirilib. Qeyd edilib ki, bu, Ukraynanın müharibədə itirdiyi üçüncü F-16 təyyarəsi olub.