Ukraynaya gecə hücumunda 8 nəfər həlak olub, 28 nəfər yaralanıb Gündəm

Ukraynaya gecə hücumunda 8 nəfər həlak olub, 28 nəfər yaralanıb

Noyabrın 20-nə keçən gecə Kiyev və Ukraynanın doqquz vilayəti hücuma məruz qalıb. Son məlumatlara görə, səkkiz nəfər həlak olub, daha 28 nəfər yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski məlumat verib.

Onun sözlərinə görə, Kiyevdə raketlər kritik infrastruktur obyektlərini, o cümlədən körpüləri vurub. Su kənarlaşdırma obyekti, ofis və kommersiya binaları zədələnib. Paytaxtda altı nəfər ölüb, daha 15 nəfər xəsarət alıb.

Xarkovda zərbə təcili yardım xəstəxanasına dəyib. Dörd nəfər yaralanıb, maqnit-rezonans tomoqrafiya korpusu zədələnib.

Bundan əlavə, Kiyev, Nikolayev, Odessa və Çerniqov vilayətlərində müəssisələr, Dnepropetrovsk, Lvov, Vinnitsa, Sumı və Çerniqov vilayətlərində isə yaşayış evləri zərər görüb. Enerji infrastrukturu obyektlərinə zərbələr qeydə alınıb.

Koretski zərbələrin nəticələrinin aradan qaldırılmasında iştirak edən xilasedicilərə, həkimlərə, polislərə, energetiklərə və kommunal xidmətlərə təşəkkür edib.

Məryəm Quliyeva