11 İyun 17:00
11 İyun 16:33
7 İyul 2025 10:35
2 653
Cənub-Şərqi Asiya ölkəsi Vyetnamın cənubundakı Ho Şi Min şəhərində yerləşən bir yaşayış binasında baş verən yanğında 2-si uşaq olmaqla 8 nəfər həyatını itirib.
Xalqcebhesi.az xəbər verir ki, Vyetnam Xəbər Agentliyinin (VNA) məlumatına görə, Ho Şi Min şəhərinin Phu Tho Hoa bölgəsində yerləşən 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən mənzildə səbəbi hələ müəyyən edilməmiş yanğın baş verib.
Yanğınla bağlı məlumat aldıqdan sonra əraziyə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.
Nəticədə 2-si uşaq olmaqla 8 nəfər ölüb.
Hadisə baş verən Do Doc Long küçəsi müvəqqəti olaraq nəqliyyat üçün bağlanıb.
Alovun təsirindən küçədə park edilmiş bəzi avtomobillərə də ziyan dəyib.
Vyetnam Milli Statistika İdarəsinin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində ölkədə 1723 yanğın və partlayış hadisəsi qeydə alınıb. Bu hadisələrdə 48 nəfər ölüb, 75 nəfər isə yaralanıb.
Məryəm Quliyeva
11 İyun 19:57
1 169
11 İyun 19:37
1 190
11 İyun 18:56
1 239