

İslandiyanın Reykjanes Yarımadasında, Grindavik kəndinin şimalında vulkan püskürməsi baş verib. Tədbir olaraq, Grindavik kəndi və yaxınlıqdakı Blue Lagoon bölgəsi təhlükəsiz şəkildə təhvil edilib.
Xalqcebhesi.az xəbər verir ki, İslandiyanın Reykjanes Yarımadasında, saat 04:00 radələrində Sundhnukur krateri boyunca vulkan püskürməsinin baş verdiyi bildirilib. Grindavik-in şimalındakı püskürmə, gecə yarısı başlayan və maqmatik hərəkətlərlə təhrik olunan güclü seysmik fəaliyyətlərin ardından baş verib. Tədbir olaraq, Grindavik kəndi və yaxınlardakı Blue Lagoon bölgəsi təhlükəsiz şəkildə təhvil edilib.
İslandiya Meteorologiya İdarəsinin rəsmiləri, vulkanik fəaliyyətin çox yerli olduğunu və İslandiyanın ümumi infrastrukturu ilə turistik bölgələrinə hər hansı bir təhlükə yaratmadığını bildiriblər. Həmçinin, İslandiyaya və İslandiyadan edilən hava yolu əlaqələrinin kəsilmədən davam etdiyi, uçuşların isə planlaşdırıldığı kimi həyata keçirildiyi qeyd edilib.
Reykjanes Yarımadasında baş verən püskürmə, 2021-ci ildən bəri bölgədə yaşanan 12-ci püskürmə olduğu bildirilib.
Məryəm Quliyeva