

İndoneziya prezidenti Prabovo Subianto bildirib ki, ABŞ lideri Donald Tramp onu 2025-ci ilin sentyabr və ya oktyabrında ABŞ-da baş tuta biləcək görüşə dəvət edib.
"Tempo" ondan sitat gətirib: "O, bəlkə sentyabr və ya oktyabrda deyib. İndoneziya lideri zarafat edib ki, dəvəti qəbul etməkdə bir az tərəddüd edir, çünki Trampın onu qolf oynamağa dəvət edə biləcəyindən narahatdır. "Mən çox pis qolfçuyam. Şəxsi qolf dərslərinə ehtiyacım var. Əvvəllər bu sahədə kifayət qədər yaxşı idim, amma indi o qədər də yaxşı oynamıram" deyib.
İyulun əvvəlində Tramp İndoneziya da daxil olmaqla bir sıra ölkələrin liderlərinə avqustun 1-dən əlavə rüsumlar tətbiq etmək niyyəti barədə məktublar göndərib. ABŞ-ın İndoneziya mallarına rüsumları 32% olmalı idi.
İndoneziya hakimiyyəti ticarət rüsumlarının azaldılması halında Amerika neft, qaz və kənd təsərrüfatı mallarının idxalını artırmağa hazır olduqlarını açıqlayıb. Tramp iyulun 15-də ABŞ-ın İndoneziya ilə ticarət müqaviləsi bağladığını və Vaşinqtonun İndoneziya idxalına tarif dərəcəsini 32%-dən 19%-ə endirəcəyini açıqlayıb.
Cavid