
Avstraliyada köpək balığı dəhşəti: Sörfçü həyatını itirdi
6 Sentyabr 17:55
6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Çin hüquq-mühafizə orqanları Tianşuy şəhərində (Qansu əyaləti) özəl uşaq bağçasında qurğuşun zəhərlənməsinə görə 6 nəfəri həbs ediblər.
“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, istintaq tədbirləri çərçivəsində daha 2 nəfər saxlanılıb, 3 nəfər məhkəməyə qədər zaminə buraxılıb, daha 10 vəzifəli şəxs səlahiyyətlərini lazımınca yerinə yetirmədiyinə və səhlənkarlığına görə məsuliyyətə cəlb edilib. Onların arasında Qansu əyalətinin Səhiyyə İdarəsinin rəhbəri və onun müavini, həmçinin partiya katibi və Tianşuy şəhərinin meri də var.
İstintaq araşdırıb ki, bağçanın təhsil fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası olmayıb. Bundan əlavə, Qansu əyalətinin xəstəliklərə nəzarət və profilaktika Mərkəzi kütləvi zəhərlənmə ilə operativ şəkildə mübarizə apara bilməyib və qan analizi ciddi pozuntularla aparılıb.
Xatırladaq ki, iyulun əvvəlində həkimlər Qansu əyalətinin Tyanşuy şəhərindəki özəl uşaq bağçasında 247 uşaqda qanda qurğuşun səviyyəsinin normadan kənara çıxdığını aşkar ediblər. Onlardan 235-i xəstəxanaya yerləşdirilib.