İsrail, 25 ölkənin Qəzza Zolağında "şərtsiz və daimi atəşkəs" çağırışını rədd etdi Dünya

İsrail, 25 ölkənin Qəzza Zolağında "şərtsiz və daimi atəşkəs" çağırışını rədd etdi

İsrail Böyük Britaniya, Avstraliya, Fransa və Kanada da daxil olmaqla 25 ölkənin Qəzza zolağında "şərtsiz və daimi atəşkəs" üçün birgə çağırışını rədd etdiyini açıqlayıb.
Xalqcebhesi.az-ın məlumatına görə, İsrail Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrail ordusunun "Qəzzada dinc sakinləri qeyri-insani şəkildə qətlə yetirməsini" pisləyən birgə bəyanat "reallıqdan uzaqdır".
Açıqlamada, humanitar yardım gözləyən fələstinli mülki vətəndaşların öldürülməsini pisləyən və Təl-Əviv hökumətindən yardım axınına embarqonu aradan qaldırmağa çağıran bəyanatın "Həmas"a yanlış mesaj verdiyi iddia edilib.

İsrailin Qəzza’dakı işğalını davam etdirmək israrı səbəbindən atəşkəs danışıqlarının çıxmaza girməsinə baxmayaraq, açıqlamada, Doha’da müzakirə edilən razılaşma layihəsinə Tel-Əviv rəhbərliyinin "bəli" dediyi, amma HƏMAS-ın "israrla rədd etdiyi" iddiasına da yer verilib.
Açıqlamada həmçinin, Doha'da davam edən danışıqların həssas bir mərhələsində belə açıqlamalardan çəkinmənin daha doğru olacağı vurğulanıb.

25 ölkə, İsrailin Qəzza’dakı Fələstinliləri öldürməsini pisləyir

İsrailin Qəzza zolağına humanitar yardım embarqosunun səbəb olduğu 21 aydır davam edən qırğınlara və aclıqdan ölənlərə beynəlxalq reaksiyalar artır.

Böyük Britaniya, Fransa, Kanada və Aİ-nin bərabərlik, hazırlıq və böhranın idarə edilməsi üzrə komissarı Hadja Lahbib də daxil olmaqla 26 beynəlxalq tərəfdaş işğal olunmuş Fələstin torpaqları ilə bağlı yazılı açıqlama yayıb.

İsraili humanitar yardım sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağıran açıqlamada, "Yardımların damla-damla verilərək ən əsas ehtiyaclar olan su və qida ehtiyaclarını qarşılamaq istəyən, arasında uşaqların da olduğu mülki şəxslərin qeyri-insani şəkildə öldürülməsini pisləyirik. 800-dən çox Fələstinlinin yardım gözləyərkən öldürülməsi dəhşət vericidir" ifadələri yer alıb.

Bəyanatda Qəzza zolağında Fələstin əhalisinin “humanitar yardım şəhəri”nə köçürülməsinə dair təkliflərin “qətiyyətlə qəbuledilməz” olduğu vurğulanıb və qeyd olunub ki, İsrailin 21 aydır davam edən hücumları “dərhal, qeyd-şərtsiz və daimi atəşkəslə” sonlandırılmalıdır.

Məryəm Quliyeva