Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Səfir: Tezliklə Slovakiya ilə Azərbaycan arasında birbaşa hava əlaqəsi qurulacaq
Səfir Elçin Qasımov: Slovakiya və Azərbaycan arasında həqiqi strateji tərəfdaşlıq mövcuddur
Naftalan Şəhər İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
7 Avqust 2025 07:54
2 380
ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı razılıq əldə etmək üçün təyin etdiyi müddətin sona yaxınlaşdığını təsdiqləyib, lakin hazırda davam edən “çox ciddi danışıqlara” işarə edib. O, çərşənbə günü Ağ Evdə jurnalistlərə açıqlama verib.
Amerika lideri Rusiya üçün təyin etdiyi 10-12 günlük müddətə sadiq qalıb-qalmaması ilə bağlı suala belə cavab verib: “Bəli, demək olar ki, oradayıq”. “Lakin hazırda biz Ukraynadan çıxmaq, bu məsələni həll etmək, başa çatdırmaq barədə çox ciddi danışıqlar aparırıq”, - o əlavə edib.
Tramp qeyd olunan vaxt çərçivəsində razılaşmalar əldə olunmazsa, Rusiya üçün mümkün sanksiyalar və ya digər nəticələrdən bəhs etməyib və diqqəti davam edən danışıqlar prosesinə yönəldib.
Cavid