Putinin nəzarətində olmayan çevrə Dünya

Putinin nəzarətində olmayan çevrə

Trampın qərarı Rusiya prezidentinin dostlarını vergi cənnətindən qovacaqmı?

Rusiyanın dövlət başçısı Vladimir Putinin mövqeyi göründüyündən daha zəifdir. Əslində Putinin hakimiyyətinin təməli – şərikli iqtisadi tənzimləmə ilə bir araya gətirdiyi köhnə nəsildir və bu, onun siyasi yaşamı üçün əsas təhlükədir. Səbəbi sadədir: Putinin kapitalist sistemində davamlı mülkiyyət hüquqlarının yoxluğu yüksək vəzifəli Rusiya rəsmilərini və oliqarxları pullarını xaricdə, Qərb hökumətlərinin hüquqi zəmanətində saxlamağa məcbur edir.
"Stratqe" "Project Syndicate"yə istinadən yazır ki, diqqətlə seçilmiş loyal şəxslərin köməyi ilə Putin üç hakimiyyət çevrəsi qurub: dövlət, dövlət şirkətləri və sədaqətli "özəl" şirkətlər. Proses onun 1998-ci ildən 1999-cu ilədək Federal Təhlükəsizlik Xidmətinin sədri vəzifəsində işlədiyi dövrdən başlayıb.
2000-2004-cü illər Putinin ilk prezidentlik dövrü idi, bu, bir avtoritar tərəfindən güc konsolidasiyasının əsl şah əsəridir. Birincisi, 2000-ci ilin yayında o, Rusiya televiziyasını öz təsir dairəsinə alıb. Daha sonra, o, dövlət idarəçiliyi və bölgə idarələri, həmçinin məhkəmə sistemi üzərində "qanun diktaturası" quraraq "hakimiyyət oxu" yaradıb. 2003-cü ildə keçirilən parlament seçkilərində Rusiya Dövlət Dumasına və Federasiya Şurasına ciddi nəzarət başlayıb. Dövlət hakimiyyətinin zirvəsində, Təhlükəsizlik Şurasında üç KQB generalı oturdub: Sergey İvanov, Nikolay Patruşev və Aleksandr Bortnikov.
Hakimiyyətinin ikinci dövrünü gücləndirmək üçün Putin 2001-ci ilin may ayında "Qazprom"dan başlayaraq, rəhbərlərin və yüksək vəzifəli şəxslərin təyin edilməsi ilə öz sahələrində inhisarçı olan dövlət korporasiyalarını bir-bir nəzarətə alıb. Dövlət şirkətlərinin üç meneceri – "Rosneft"də İqor Seçin, "Qazprom"da Aleksey Miller və "Rostex"də Sergey Çemezov buna bariz nümunədir.
İkinci dönəmdə Putin dövlət sektorunda öz mövqeyini daha da genişləndirib, ucuz dövlət maliyyələşmələri ilə geniş sənaye müəssisələri yaradıb. Çünki bu şirkətlər iqtisadi artımdan daha çox güc və icarə mənbəyi kimi nəzərdən keçirilib. Rəqabət, yenilikçilik, sahibkarlıq və məhsuldarlıq baxımından xüsusi maraq kəsb etmirlər. Yeganə müvafiq korporativ idarəetmə standartı – Putinə sadiqlikdir.
Daha sonra Putinin əhatə edən üçüncü çevrə yaradılıb – "qızıl dördlük" – Gennadi Timçenko, Arkadi Rotenberq, Yuri Kovalçuk və Nikolay Şamalov və onların şirkətləri. Bu adamların davranışı, adətən, kleptokratikdir, baxmayaraq ki, Putin onların şübhəli fəaliyyətlərinin bir çoxunun texniki cəhətdən hüquqi olduğunu təmin etmək üçün qanunverici nüfuzundan istifadə edib. Məsələn, bu adamlar dövlət şirkətlərini aktivlərini almaq hüququna malikdir və dövlət satınalma sifarişlərini rəqabətsiz əldə edirlər.
Yaradılan sistem, 1860-cı illərin "Böyük İslahatları"na qədər hakim olan çarizm sisteminə şəffaf şəkildə bənzəyir. Həqiqətən, Putini tez-tez yeni çar adlandırırlar, çünki onun səlahiyyətləri qanuni olaraq qeyri-məhduddur (baxmayaraq ki, rəy sorğularına əsasən, ictimai rəyi nəzərə alması vacibdir). İnstitusional inkişafı təşviq etmək əvəzinə, icra, qanunvericilik və məhkəmə səlahiyyətlərini öz əllərində birləşdirmək məqsədi ilə o, çoxsaylı qeyri-institusionalizasiya aparıb.
Lakin etibarlı mülkiyyət hüquqlarının yoxluğu şəraitində zəngin ruslar, o cümlədən Putinin öz dostları bilirlər ki, aktivlərini saxlamağın yeganə təhlükəsiz yeri xaricdir. Tam konvertasiya olunan rubl və kapital axınlarına məhdudiyyətin yoxluğu sayəsində, onlar qazanclarını ofşor vergi cənnətlərinə köçürə bilərlər.
Bu təbii olaraq dördüncü hakimiyyət çevrəsini yaradıb ki, ona Putinin nəzarəti yoxdur: ofşor cənnətləri. Amma bu behişt də artıq əvvəlki kimi təhlükəsiz deyil. Maliyyə Tədbirləri Qrupu İsveçrədə bank sirrini və bir çox vergi sığınacaqlarını azaltsa da, iki əsas qala hələ də durur: ABŞ və Böyük Britaniya. Hər ikisi anonim valyuta daxilolmalarına imkan verir və aktiv sahiblərinin məxfiliyini təmin edir.
ABŞ-da hər il milyardlarla dollar hüquq firmalarının qeyri-şəffaf bank hesabları vasitəsilə hərəkət edir və "pulların yuyulması"na kömək edir. Ümumiyyətlə, Qərb dövlətləri öz sərhədləri içərisində bu cür fəaliyyətlərə çox da nəzarət etmir. Əslində, 2014-cü ildə Rusiyanın Krımı qanunsuz ilhaq etməsindən sonra qoyulan sanksiyalara əsasən, ABŞ və Avropa İttifaqında Putinin dostlarının əmlakı dondurulmalı olsa da, hesabatlarda onlardan heç kimin adı yoxdur.
Bu qaydanı dəyişdirmək vaxtı, sanksiyalı şəxslərin aktivlərinin hərtərəfli araşdırılmasının vədəsi yetişib. Rusiyalıların ofşor sərvətinin əksəriyyətinin saxlanıldığı ABŞ və Böyük Britaniya benefisiar sahiblərinin anonimliyini qadağan etməklə, Avropanın əksəriyyətindəki həmkarları ilə birlikdə qollarını çırmalamalıdır. ABŞ hətta anonim və ya çirkli pulları ölkəyə köçürmək üçün müvəkkil-müştəri imtiyazından istifadəni qadağan etməlidir.
Yaxşı xəbər budur ki, ABŞ prezidenti Donald Trampın avqustun 2-də imzaladığı yeni qanun layihəsi "həyat yoldaşları, uşaqları, valideynləri və qardaşları" daxil olmaqla, "Rusiya Federasiyasının böyük xarici siyasi xadimləri və oliqarxları", habelə 180 gün ərzində onların aktivlərinə dair geniş araşdırma aparmağa çağırır.
Veteran liberal rus siyasətçisi Leonid Qozmanın fikrincə, "təbliğatçılarımızın ifadələrinə əsasən Rusiya dövləti barədə hökm çıxarmaq çox qiymətlidir", bununla bərabər, o, korrupsiya ilə mübarizədən tutmuş kleptokratik səlahiyyətlilərin çıx-daş edilməsi səylərinədək "hər hansı bir şey tərəfindən məhv edilə biləcək qədər çox kövrək quruluşludur". Nyu-Yorkda, Londonda və başqa yerlərdə yığılmış Rusiya kapitalının böyük ehtiyatları nəzərə alınmaqla, Qərb bu kövrəklikdən ehtiyatla istifadə etməlidir.