14 Avqust 2025 17:19
2 219
Suriyanın şimalındakı İdlib əyalətində naməlum səbəblərdən törədilən partlayışlarda iki mülki şəxsin həlak olduğu bildirilir.
Xalqcebhesi.az xəbər verir ki, Suriya dövlət televiziyası Əl-İxbariyyə İdlib ətrafında güclü partlayış səslərinin eşidildiyini bildirib.
Xəbərdə, "Partlayışların mənşəyi və mahiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım qrupları göndərilib" ifadələri işlədilib.
İdlib Səhiyyə Müdirliyi bəyanat yayıb ki, ilkin məlumatlara görə, 2 mülki vətəndaş həlak olub, 4 nəfər yaralanıb.
Məryəm Quliyeva
11:29
833
11:09
805
11:08
833