

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
ABŞ-ın Alaska əyalətində, buz və qarların yaratdığı bəndin daşması nəticəsində yaranan sel riski səbəbindən bölgə sakinlərinə təxliyə çağırışı edilib.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) verdiyi açıqlamada Alyaskanın paytaxtı Juneauda Mendenhall buzlaqının yaratdığı bəndin daşması nəticəsində güclü daşqın riski yaratdığını bildirib.
Juneau Empire internet saytının məlumatına görə, hakimiyyət orqanları Juneau sakinlərini təxliyə etməyə çağırıb.
Milli Hava Xidmətinin (NWS) rəsmisi Nikol Ferrin daşqın riski ilə bağlı açıqlamasında "Bu, əldə etdiyimiz məlumata əsaslanan yeni rekord olacaq" dedi.
Geniş bir vadidə yerləşən Mendenhall buzlaqı hövzədə "İntihar" adlanan ərimiş su gölü üçün buz bəndi rolunu oynayır. Hövzədən axan su 2011-ci ildən bəri fasilələrlə daşqınlara səbəb olur.
Alimlər bildirirlər ki, bu daşqınlar iqlim dəyişikliyinin təsiri ilə ildən-ilə daha da şiddətlənir.
Məryəm Quliyeva