Sabirabadda ticarət obyektində yanğın olub Hadisə 14 Avqust 2025 19:38 2 541 Sabirabadda ticarət obyektində yanğın olub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən obyektdə qeydə alınıb. Yanğın FHN-in Sabirabad yanğından mühafizə xidmətinin qüvvələri tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.