İsveçdə jurnalistlərdən Qəzzada həmkarlarını öldürən İsrailə etiraz Dünya

İsveçdə jurnalistlərdən Qəzzada həmkarlarını öldürən İsrailə etiraz

İsveç Jurnalistlər Federasiyasının təşkil etdiyi etiraz aksiyası çərçivəsində isveçli jurnalistlər Medborqarplatsen meydanına toplaşaraq Qəzzada öldürülən jurnalistlərin, o cümlədən Əl-Cəzirə telekanalının müxbiri Enes əl-Şərifin xatirəsini yad ediblər.

Jurnalistlər əllərində “Soyqırımı dayandırın. Susmaq öldürür” və “Enes əl-Şərif, Qəzzada İsrail tərəfindən öldürülən jurnalist” yazılmış plakatlar tutaraq “Fələstinli jurnalistlərlə fəxr edirik” və “Qəzzada soyqırım var, səssiz qalmayacağıq” kimi şüarlar səsləndiriblər.

Qəzzada öldürülən jurnalistlərə diqqəti artırmaq üçün etirazçılara “Jurnalistləri öldürməyi dayandırın” yazılmış köynəklər paylanıb.

Nümayiş zamanı paylaşılan və oxunan bəyanatda deyilib: “Fələstinli jurnalistlər və media işçiləri öldürülür. Bunu törədən İsrailə heç bir şəkildə sanksiya tətbiq edilmir, jurnalistləri öldürmələri yanlarına kar qalır. Təəssüf ki, dünya buna səssizcə baxır. Bu, qəbuledilməzdir. İsrail öldürülən jurnalistlərə görə cavab verməlidir. Jurnalistlərin öldürülməsinə son qoyulmalıdır".