Deputat: Ermənistan üzərinə düşən ev tapşırığını yerinə yetirməlidir
Terrorizmin maliyyələşdirilməsinə qarşı hüquqi mübarizə mexanizmləri təkmilləşdirilir
Bakı Metropoliteni: “20 Sentyabr” stansiyasının gələn il tam istismara verilməsi hədəflənir
“Azərbaycan radiolarının siqnalı niyə ölkə ərazisində zəifləyir?”
11:47
567
Oktyabrın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar, Xalq artisti, professor Ramiz Mustafayevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.
APA xəbər verir ki, “Yadıma sən düşürsən” adlı musiqi gecəsində Əməkdar artist Ramil Qasımov bəstəkarın mahnı və romanslarından ibarət konsert proqramı ilə çıxış edib.
Konsert proqramı Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə təqdim olunub.
Musiqi gecəsində konsertmeyster, Əməkdar artist Nərgiz Əliyeva, nağara ifaçısı Soltan Əliyev və tar ifaçısı Cavanşir Rüstəmbəyli də iştirak edib.
Tədbiri giriş sözü ilə açan akademik, Milli Məclis sədrinin müavini Rafael Hüseynov Ramiz Mustafayevin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, zəngin yaradıcılıq irsindən və əsərlərinin özünəməxsus bədii xüsusiyyətlərindən danışıb. O, bəstəkarın milli musiqi sənətində tutduğu mövqeyi və yaradıcılığının əhəmiyyətini diqqətə çatdırıb.
22 Oktyabr 17:25
987
22 Oktyabr 08:14
1 204
21 Oktyabr 12:37
1 330






