“Bu, iqtisadi inkişafa töhfə verəcək”
10 Sentyabr 19:15
10 Sentyabr 19:15
10 Sentyabr 11:29
10 Sentyabr 10:43
9 Sentyabr 23:45
1 İyun 18:56
2 030
“Son dövrlərdə baş verən siyasi proseslər Ermənistanın xarici siyasətdə yeni kurs müəyyənləşdirdiyini göstərir”.
Bunu Xalqcəbhəsi.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, İrəvan tədricən Rusiyanın təsir dairəsindən uzaqlaşaraq Qərbə inteqrasiya istiqamətində addımlar atır:
“Proseslərin təhlili onu göstərir ki, Ermənistanın əsas məqsədi Qərblə münasibətləri daha da inkişaf etdirmək və bu istiqamətdə inteqrasiyanı gücləndirməkdir. Son dövrlərdə verilən qərarlar və həyata keçirilən siyasət də bunu deməyə əsas verir.
Hazırkı mərhələdə Ermənistan rəhbərliyi daxili siyasi prosesləri prioritet hesab edir və sülh müqaviləsinin imzalanması məsələsinə də bu prizmadan yanaşır.Paşinyan hakimiyyəti ilk növbədə ölkədaxili siyasi proseslərdən uğurla çıxmağa çalışır. Hesab olunur ki, bundan sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün daha əlverişli şərait yaranacaq”.
C.Məmmədov vurğulayıb ki, Ermənistanda keçiriləcək siyasi proseslərdən sonra regionda yeni mərhələnin başlanacağı gözlənilir:
“Ehtimal etmək olar ki, həmin mərhələdə Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Paralel olaraq isə Qərblə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığını daha da genişləndirəcək. Bu gün Ermənistanın həyata keçirdiyi siyasətin əsas strateji hədəfi məhz budur”.
Günel Elxan
10 Sentyabr 19:15
903
10 Sentyabr 11:29
1 260
10 Sentyabr 10:43
1 127