Kuveyt İranı hədələyib
16:51
EBRD: Azərbaycanda 1,2 qiqavat bərpa olunan enerji gücünü maliyyələşdirmişik
BMT: Azərbaycan yaşıl enerji üzrə regional hab rolunu gücləndirir
Həsrət Cəfərov 2026-cı ilin iyun ayı üçün reytinq cədvəlinə liderlik edir
Milli Məclisin sədri növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb
17:42
574
Azərbaycanla Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlığı gücləndiririk.
"APA-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Asiya zəngin bərpa olunan enerji resursları, böyük hidroenerji potensialı və strateji coğrafi mövqeyi sayəsində təmiz enerji inkişafı və investisiyalar üçün dünyanın ən perspektivli regionlarından birinə çevrilə bilər.
Nazir qeyd edib ki, Özbəkistan 2030-cu ilədək 20 qiqavat bərpa olunan enerji gücü yaratmağı və elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 54%-ə çatdırmağı hədəfləyir.
J. Mirzamahmudov vurğulayıb ki, enerji keçidi ayrı-ayrı ölkələrin səyləri ilə mümkün deyil və regional əməkdaşlıq enerji təhlükəsizliyinin təmin olunması, investisiyaların cəlbi və dayanıqlı enerji sistemlərinin qurulması üçün əsas şərtdir.
Onun sözlərinə görə, COP29 zamanı Bakıda təqdim olunan APREC təşəbbüsü regional əməkdaşlığın gücləndirilməsi, investisiyaların səfərbər olunması və bərpa olunan enerji layihələrinin sürətləndirilməsi üçün mühüm platforma rolunu oynayır.
“Azərbaycanla bərpa olunan enerji, regional bağlantılar və Yaşıl Enerji Dəhlizinin həyata keçirilməsi istiqamətində əməkdaşlığı gücləndirməyə davam edirik. Bu layihə Mərkəzi Asiyadan Avropaya təmiz elektrik enerjisinin ixracı üçün yeni marşrut yaradacaq”, - deyə nazir bildirib.
J. Mirzamahmudov əlavə edib ki, enerji keçidinin növbəti mərhələsi ötürücü şəbəkələrə, enerji saxlama sistemlərinə, rəqəmsal texnologiyalara və sərhədlərarası enerji bağlantılarına böyük həcmdə investisiyalar tələb edir.