Kuveyt İranı hədələyib
16:51
EBRD: Azərbaycanda 1,2 qiqavat bərpa olunan enerji gücünü maliyyələşdirmişik
BMT: Azərbaycan yaşıl enerji üzrə regional hab rolunu gücləndirir
Həsrət Cəfərov 2026-cı ilin iyun ayı üçün reytinq cədvəlinə liderlik edir
Milli Məclisin sədri növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb
18:03
581
Azərbaycanda 1,2 qiqavat bərpa olunan enerji gücünü maliyyələşdirmişik.
"APA-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Avrasiya üzrə enerji rəhbəri Sule Kılıç bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Mərkəzi Asiya EBRD-nin fəaliyyətində prioritet regionlar sırasındadır.
S. Kılıç qeyd edib ki, Azərbaycanda mövcud olan 2 qiqavat bərpa olunan enerji gücünün 1,2 qiqavatı EBRD tərəfindən maliyyələşdirilib.
“Mərkəzi Asiyada isə bu günədək ümumi gücü 6,5 qiqavat olan bərpa olunan enerji layihələrini maliyyələşdirmişik. Bu layihələrə yatırılan investisiyaların həcmi 4,2 milyard avro təşkil edib”, - deyə o vurğulayıb.
EBRD rəsmisinin sözlərinə görə, enerji keçidi layihələrinə maliyyənin cəlb edilməsi üçün layihələrin düzgün hazırlanması, şəffaf tənzimləyici mühitin yaradılması və risklərin effektiv idarə olunması əsas şərtlərdir.
O bildirib ki, EBRD hər 1 avro maliyyələşmə qarşılığında əlavə 3 avro investisiya səfərbər etməyə çalışır və bu məqsədlə hökumətlər, investorlar və digər maliyyə institutları ilə sıx əməkdaşlıq edir.
18:02
588
17:42
609
17:25
651