Kuveyt İranı hədələyib
16:51
BMT: Azərbaycan yaşıl enerji üzrə regional hab rolunu gücləndirir
Həsrət Cəfərov 2026-cı ilin iyun ayı üçün reytinq cədvəlinə liderlik edir
Milli Məclisin sədri növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb
Özbəkistanlı nazir: Azərbaycanla Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlığı gücləndiririk
17:20
476
“Yaşıl enerjinin payının artması Azərbaycan üçün həm iqtisadi, həm də ekoloji baxımdan mühüm üstünlüklər yarada bilər. Ən vacib məqamlardan biri elektrik enerjisi istehsalında təbii qazdan asılılığın azalmasıdır. Günəş və külək enerjisindən daha çox istifadə edildikcə daxili bazarda daha az qaz sərf olunacaq və qənaət edilən həcmlərin ixracına imkan yaranacaq. Bu isə ölkənin valyuta gəlirlərinin artmasına əlavə töhfə verə bilər”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
A.Nəsirli söyləyib ki, eyni zamanda, yaşıl enerji layihələri yeni investisiyaların cəlb olunmasına, müasir texnologiyaların tətbiqinə və yeni iş yerlərinin açılmasına şərait yaradır: “Bu sahənin inkişafı enerji sektorunun şaxələndirilməsinə də xidmət edir və uzunmüddətli perspektivdə enerji təhlükəsizliyini gücləndirir. Yaşıl enerjinin digər mühüm üstünlüyü ətraf mühitə təsirinin daha az olmasıdır. Karbon emissiyalarının azalması hava keyfiyyətinin yaxşılaşmasına və iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verir. Bu, Azərbaycanın beynəlxalq ekoloji öhdəliklərinin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir”.
Onun sözlərinə görə, bununla yanaşı, yaşıl enerji ixracı ölkənin regional enerji bazarında mövqeyini gücləndirə və Azərbaycanın yalnız neft-qaz deyil, həm də bərpaolunan enerji ixrac edən ölkə kimi tanınmasına şərait yarada bilər: “Buna görə də qarşıdakı illərdə yaşıl enerjinin payının artması həm iqtisadi gəlirlər, həm enerji təhlükəsizliyi, həm də ekoloji davamlılıq baxımından mühüm nəticələr vəd edir”.
Röya İsrafilova
18:02
28
17:42
392
17:25
518