Kuveyt İranı hədələyib
16:51
16:44
672
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankarada Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti ilə Qəzza zolağı üzrə sülh planının ikinci mərhələsindəki mövcud vəziyyəti müzakirə edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
HƏMAS təmsilçiləri atəşkəs şərtlərinə əməl etdiklərini bildirib və İsrail tərəfindən sülh planının pozulması halları barədə Türkiyə kəşfiyyatının rəhbərinə məlumat veriblər. Telekanal qeyd edir ki, görüşdə həmçinin "Türkiyənin sülh sazişinin icrasında qarant ölkə kimi göstərdiyi səylər" müzakirə olunub.
İbrahim Kalın bundan əvvəl, martın 31-də Ankarada HƏMAS-ın siyasi bürosunun üzvü Xəlil əl-Xayya başda olmaqla hərəkatın nümayəndə heyəti ilə görüşmüşdü.
Məryəm Quliyeva