"ABŞ diplomatik dönüş yaratmaq istəyir"
18 Noyabr 18:59
18 Noyabr 18:59
18 Noyabr 16:38
18 Noyabr 15:15
18 Noyabr 13:51
09:53
511
Ukrayna Silahlı Qüvvələri Voronej vilayətinə 4 ədəd uzaqmənzilli ATACMS raketi ilə zərbə endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, bu il yanvar ayından bəri ilk dəfə olaraq Ukrayna ordusu Voronej vilayətinə raket hücumu həyata keçirib – dünən bölgəyə ABŞ istehsalı olan 4 ədəd uzaqmənzilli ATACMS raketi buraxılıb.
Rusiya tərəfi bütün hədəfləri vurmağa müvəffəq olub.
Hücum nəticəsində xəsarət alan olmayıb. Lakin məhv edilmiş raketlərin düşən qalıqları Voronej vilayət Gerontologiya Mərkəzinin, uşaq evinin və bir fərdi yaşayış evinin damlarına ziyan vurub.
Rusiya hərbçiləri kəşfiyyat apararaq raketlərin buraxıldığı rayonun Xarkov vilayətində yerləşdiyini müəyyən edib buraxılış nöqtələrinə cavab zərbələri endiriblər.