"ABŞ diplomatik dönüş yaratmaq istəyir"
18 Noyabr 18:59
18 Noyabr 18:59
18 Noyabr 16:38
18 Noyabr 15:15
18 Noyabr 13:51
08:41
868
HAMAS hərəkatı İsrail ordusunun Livanın cənubundakı Əyn əl-Hilvə qaçqın düşərgəsinə endirdiyi hava hücumu zamanı mülki şəxslərin həlak olduğunu bildirərək hücumu pisləyib.
APA xəbər verir ki, hərəkat bu barədə “Telegram” kanalında açıqlama verib.
HAMAS həmçinin Livandakı Fələstin düşərgələrində heç bir hərbi obyektin olmadığını vurğulayıb.
Bəyanatda qeyd olunur ki, İsrail hökumətinin hücumun hərəkata məxsus təlim mərkəzini hədəf alması iddiası tamamilə uydurmadır və bu qaçqın düşərgələrinə və Fələstin xalqına qarşı təcavüzü haqlı çıxarmaq məqsədi daşıyır.
Açıqlamada hava hücumunun bir qrup gəncin düşərgə qurduğu idman meydançasını hədəf aldığı bildirilir.