Çin səfiri Naxçıvana səfər edib Siyasət

Çin səfiri Naxçıvana səfər edib

Çinin Azərbaycandakı səfiri Lu Mey və elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfər edib.

APA-nın yerli bürosu xəbər verir ki, səfir və nazir Azərbaycan–Çin təhsil əməkdaşlığı çərçivəsində həyata keçirilən “İnteraktiv Təhsil Yardımı” layihəsinin təqdimatında iştirak edəcək.

Layihənin dəyərinin 10 milyon manat olduğu bildirilir.