“Tənzilə Rüstəmxanlı: Sülh prosesi başlayıb”
27 Noyabr 22:39
27 Noyabr 22:39
27 Noyabr 21:12
27 Noyabr 20:55
09:21
224
Noyabrın 27-də ABŞ və Avropa birjalarında əsasən müsbət dinamika davam edib.
"APA-Economics” xəbər verir ki, ABŞ fond bazarında əsas indekslər- Dow Jones Industrial Average 0,67% yüksələrək 47 427,12 bəndə, S&P 500 indeksi 0,69% artımla 6 812,61 bəndə, Nasdaq Composite isə 0,82% yüksələrək 23 214,69 bəndə çatıb. NYSE Composite 0,75% artımla 21 713,13 bənd olub.
Avropada isə Euro Stoxx 50 indeksi 0,04% azalaraq 5 653,17 bəndə geriləyib. FTSE 100 indeksi 0,02% artımla 9 693,93 bənd, Almaniyanın DAX indeksi 0,18% yüksələrək 23 767,96 bənd, Fransanın CAC 40 indeksi 0,04% artımla 8 099,47 bənd təşkil edib. İspaniyanın IBEX 35 indeksi isə günə dəyişməz – 0,00% artımla 16 361,80 bənd səviyyəsində son verib.
Analitiklər qeyd edirlər ki, ABŞ bazarındakı yüksəliş əsasən yumşaq inflyasiya gözləntiləri və Federal Ehtiyat Sisteminin faiz artırımlarını dayandıracağına dair optimizmlə bağlıdır. Avropada isə makroiqtisadi qeyri-müəyyənlik və zəif sənaye göstəriciləri fond bazarlarına təsir edib.
09:27
84
09:21
259
27 Noyabr 17:38
1 400