Somali 56 ildən sonra ilk dəfə birbaşa seçkilər keçirəcək Dünya

Somali 56 ildən sonra ilk dəfə birbaşa seçkilər keçirəcək

25 dekabrda Somali təxminən 60 ildən sonra ilk birbaşa seçkilərini keçirəcək.

Xalqcebhesi.az "LSM"a istinadən xəbər verir ki, paytaxt Moqadişonun meri və Banadir bölgəsindəki 390 yerli şura üzvü seçiləcək.

Səsvermə ilə əlaqədar paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib: Moqadişu və onun ətrafında on min əsgər və polis yerləşdirilib. Onlar seçki məntəqələrində və digər ictimai yerlərdə asayişi qoruyacaqlar. Seçki günü şəhərdə hərəkət məhdudlaşdırılacaq.
Radikal qrupların mümkün hücumları ilə bağlı narahatlıqlar yüksəkdir. Müxalifət səsvermənin kifayət qədər şəffaf və azad olmayacağına inanaraq seçkiləri boykot edir.

Həmçinin qeyd olunur ki, Məhəmməd Siad Barrenin hakimiyyətə gəldiyi 1969-cu ildən bəri Somalidə birbaşa seçkilər olmayıb. 1991-ci ildə devrildikdən sonra ölkə vətəndaş müharibəsinə qərq oldu və müxtəlif klanlar siyasi sistemə nəzarət edirdi.

Məryəm Quliyeva