Hindistan əlavə ABŞ tarifləri səbəbindən İranla ticarəti azaltmağa hazırlaşır
Uitkoff və Kuşnerin Putinlə görüş üçün Moskvaya səfəri gözlənilir
İran XİN ABŞ tariflərinin təhlükəli nəticələri barədə xəbərdarlıq edib
İranın Baş prokuroru iğtişaşlara görə ABŞ və İsraili günahlandırıb
Səfirlik: Türkiyə-Azərbaycan əlaqələri hər sahədə daha da güclənir
11:41
602
Terror təşkilatı YPG/SDG-nin Suriyanın Hələb əyalətində ordu mövqelərinə və mülki şəxslərin yaşadığı ərazilərə hücumlar həyata keçirdiyi bildirilib.
Xalqcebhesi.az xəbər verir ki, Suriyanın dövlət televiziya kanalı Əl-İxbariyyəyə danışan hərbi mənbə terror təşkilatının Hələbin şərqindəki Hamima kəndi yaxınlığında ordu mövqelərini və mülki evləri dronlar və ağır pulemyotlarla hədəf aldığını bildirib və hücumda itkilərin olub-olmadığının hələlik məlum olmadığını əlavə edib.
Məlumata görə, Suriya ordusu təşkilatın hücumlarına cavab olaraq Deyr Hafir ətrafındakı YPG/SDG mövqelərini artilleriya atəşi ilə hədəfə alıb.
Əl-İxbariyyə kanalı dünən Deyr Hafir şəhərini motosikleti ilə tərk etməyə çalışan bir mülki şəxsin ərazidə yerləşən terror təşkilatına məxsus snayper tərəfindən vurulduğunu qeyd edərək, təşkilatın "sahədə qətllərini fasiləsiz davam etdirdiyini" vurğulayıb.
Məryəm Quliyeva