Ərdoğanın Rusiyaya səfərinin tarixi açıqlanıb Dünya

Ərdoğanın Rusiyaya səfərinin tarixi açıqlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək.
Səfər çərçivəsində o, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
İki ölkə liderlərinin görüşü Soçidə keçiriləcək.
Ərdoğan və Putin Suriya məsələsi ilə bağlı Astana danışıqlarına terrorçu PKK-nın Suriyadakı qolu olan "PYD" cəlb edilməsini, Türkiyənin Suriyanın Afrin bölgəsində keçirəcəyi əməliyyatı, Moskvanın Ankaraya "S-400" zenit-raket kompleksləri satmasını müzakirə edəcəklər.
Qeyd edək ki, Türkiyə prezidenti oktyabrın 31-də Azərbaycana səfərdən qayıdarkən təyyarənin göyərtəsində jurnalisltələrə bildirmişdi ki, yaxın bir-iki həftə ərzində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. O, Vl.Putinlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini də müzakirə etməyi planlaşdırdığını da vurğulamışdı.
Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri sonuncu dəfə 2017-ci il sentyabrın 28-də Ankarada görüşüb.