16:38
742
ABŞ administrasiyası hesab edir ki, silahlara nəzarət çoxtərəfli məsələ olmalı və bu prosesə Çin də qoşulmalıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti tərəfindən yayımlanan dövlət katibi Marko Rubionun məqaləsində deyilir.
“Birincisi, silahlara nəzarət artıq yalnız ABŞ və Rusiya arasında ikitərəfli məsələ ola bilməz. ABŞ prezidenti açıq şəkildə bəyan edib ki, digər ölkələr, ilk növbədə Çin də strateji sabitliyin təmin edilməsinə görə məsuliyyət daşıyır. İkincisi, biz ABŞ-a zərər vuran şərtləri qəbul etməyəcəyik və gələcək razılaşmaya nail olmaq naminə sazişlərin pozulmasına göz yummayacağıq. Biz öz standartlarımızı aydın şəkildə müəyyən etmişik və təkcə nəzarət naminə silahlara nəzarətə razı olmayacağıq. Üçüncüsü, biz həmişə güc mövqeyindən danışıqlar aparacağıq. Rusiya və Çin gözləməməlidir ki, onlar öhdəliklərindən yayınaraq nüvə arsenalını artırdıqları halda ABŞ hərəkətsiz qalacaq”, — deyə ABŞ diplomatiyasının rəhbəri yazıb.
Məryəm Quliyeva