10:33
1 092
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, “Amerika tərəfi danışıqların yalnız nüvə məsələsi ilə bağlı aparılmalı olduğu qənaətinə gəlib”.
Xalqcebhesi.az xəbər verir ki, Laricani Oman səfəri zamanı yerli mətbuata ABŞ ilə danışıqlar prosesi barədə açıqlama verib. O bildirib ki, danışıqlar yalnız nüvə məsələsinə yönəlib və digər mövzularda hər hansı müzakirə aparılmayıb.
Laricani deyib: “Bu çərçivədə danışıqların əsas mövzusu nüvə məsələsidir və Amerika tərəfi də danışıqların məhz nüvə məsələsi ətrafında aparılmalı olduğu nəticəsinə gəlib. Digər mövzularda heç bir müzakirə aparmamışıq. Buna görə də danışıqların çərçivəsi nüvə məsələsinə fokuslanıb”.
O, danışıqların uğurlu ola biləcəyini də qeyd edib: “Problem həll oluna bilər. Əgər amerikalıların narahatlığı İranın nüvə silahı əldə etmə yolunda irəliləməməsidirsə, bu məsələ həll edilə bilər. Lakin bundan kənar mövzular danışıqlara daxil edilərsə, proses çətinliklərlə üzləşə bilər. Hazırda Amerika tərəfi daha realist düşünür. Keçmişdə hərbi və raket məsələlərini nüvə dosyesi ilə əlaqələndirirdilər, indi isə yalnız nüvə mövzusundan danışırlar ki, bu da rasional yanaşmadır. Hərbi məsələlərin nüvə dosyesi ilə heç bir əlaqəsi yoxdur”.
Laricani vurğulayıb ki, ABŞ İsrailin mövqeyinin danışıqlar prosesini müəyyənləşdirməsinə imkan verməməlidir, çünki bu, Vaşinqtonun maraqlarına zərər verə bilər. O həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqton səfərinin və bəyanatlarının diplomatiyanı böhrana sürükləmə riski daşıdığını bildirib.
Məryəm Quliyeva
09:50
1 351
10 Fevral 20:45
1 393
10 Fevral 20:30
2 436