12:17
1 057
Rusiya-Ukrayna münaqişəsinin həlli və İran ətrafındakı vəziyyətlə bağlı danışıqlar 17 fevral tarixində Cenevrədə eyni vaxtda keçiriləcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "RIA Novosti" diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Ukrayna və İran üzrə danışıqlar 17 fevral, çərşənbə axşamı günü Cenevrədə eyni vaxtda keçiriləcək. İran üzrə danışıqlarda Oman vasitəçiləri iştirak edəcək”, — deyə mənbə bildirib.
Agentliyin məlumatına görə, danışıqlar BMT-nin mənzil-qərargahının qarşısında keçiriləcək.
Ukraynanın sülh danışıqlarının üçüncü raundu 17–18 fevral tarixlərində Cenevrədə baş tutacaq. Danışıqlarda ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri iştirak edəcək. İsveçrə bu danışıqlarda iştirak etməyəcək. Rusiya nümayəndə heyətinə Prezident Vladimir Medinski rəhbərlik edəcək.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, yeni raund üçün Cenevrə şəhərinin seçilməsi iştirakçılar üçün məqsədəuyğunluq və rahatlıq baxımından nəzərə alınıb.
Məryəm Quliyeva