
"Ukrayna, Moldova və Gürcüstan Avropa Birliyinə qəbul olunmalıdır"
Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Ukrayna, Moldova və Gürcüstanın AB-yə üzv qəbul olunmasına tərəfdar olduğunu bəyan edib.
APA-nın xəbərinə görə, Ş.Füle Almaniyanın "Die Welt" qəzetinə açıqlamasında bildirib ki, avrointeqrasiya perspektivi şərqi Avropa ölkələrində islahatların aparılması üçün yaxşı stimuldur. O deyib ki, Ukrayna ilə assosiasiya sazişi ikitərəfli əməkdaşlığın son məqsədi deyil.