Belarus ikinci atom elektrik stansiyasının tikintisini nəzərdən keçirir
Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb
Azərbaycan-Şri-Lanka münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə edilib
Baş Prokurorluq Türkiyə vətəndaşı Celal Çiftçi barəsində beynəlxalq axtarış elan edib
7 Aprel 17:25
3 878
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İstanbuldakı baş konsulluğuna edilən hücumu pisləyib və onu alçaq təxribat adlandırıb.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Ankarada "Roketsan" müdafiə korporasiyasının yeni müəssisəsinin açılış mərasimində bildirib.
"Biz bu gün İstanbulda törədilən və qəhrəman təhlükəsizlik qüvvələrimizin uğurlu addımları sayəsində qarşısı alınan alçaq hücumu pisləyirik. Üç terrorist zərərsizləşdirilib - onlardan biri öldürülüb, ikisi isə yaralanıb. İki qəhrəman polisimiz yüngül yaralanıb. Biz terrorizmin bütün formaları ilə mübarizəni qətiyyətlə davam etdirəcəyik. Bu gün olduğu kimi alçaq və planlı təxribatlarla Türkiyənin təhlükəsizliyinə zərər verilməsinə imkan verməyəcəyik", - deyib.
Türkiyə lideri əlavə edib ki, "İstanbul Baş Prokurorluğu və kəşfiyyat xidmətləri bu hücumla bağlı təcili olaraq araşdırmalara başlayıb".
Məryəm Quliyeva