İran Hörmüz boğazında təhlükəsizlik üçün Omanla danışıqlar aparır Dünya

İran Hörmüz boğazında təhlükəsizlik üçün Omanla danışıqlar aparır

İran rəsmiləri Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi mexanizminin hazırlanması üçün Oman və digər maraqlı ölkələrlə məsləhətləşmələri davam etdirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqai məlumat verib.

"Hörmüz boğazı İran və Omanın ərazi sularında yerləşir, buna görə də bu iki sahilyanı ölkə bütün dövlətlər üçün təhlükəsiz keçidin təmin edilməsi məqsədilə zəruri tədbirlər görməyə borcludur. Biz bu məqsədə nail olmağa imkan verəcək mexanizmin hazırlanması üçün Oman və digər maraqlı tərəflərlə daimi təmasdayıq və danışıqlar aparırıq", — deyə o, mətbuat konfransı zamanı qeyd edib.

Mayın 15-də İranın xarici işlər naziri Abbas Əraqçi bəyan etmişdi ki, Tehran ABŞ ilə müharibə başa çatdıqdan sonra bütün kommersiya gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidinə zəmanət verməyə hazırdır.

Məryəm Quliyeva