Bəhreyndə İran dronlarının qalıqları düşdü: 11 yaşlı qız yaralandı Gündəm

Bəhreyndə İran dronlarının qalıqları düşdü: 11 yaşlı qız yaralandı

Bəhreyndə vurulan İran pilotsuz uçuş aparatlarının (PUA) qalıqlarının düşməsi nəticəsində 11 yaşlı qız uşağı xəsarət alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

"İranın Bəhreynə qarşı təcavüzü nəticəsində 11 yaşlı qız yüngül xəsarətlər alıb, ona hadisə yerində tibbi yardım göstərilib", — deyə qurumun "X" sosial şəbəkəsindəki bəyanatında bildirilir.

Krallığın Daxili İşlər Nazirliyi həmçinin əlavə edib ki, vurulan dronların qalıqlarının düşməsi səbəbindən Manama və Həməd şəhərlərində bir neçə avtomobil yanıb, yaşayış binalarına ziyan dəyib. Hadisə yerlərində mülki müdafiə və milli təcili yardım xidmətinin əməkdaşları fəaliyyət göstərir.

Məryəm Quliyeva