09:24
1 071
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər Vaşinqton və Tehran arasında hazırlanan qarşılıqlı anlaşma memorandumunu müzakirə ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanası məlumat yayıb.
"Prezident Tramp bu axşam Baş nazir Netanyahu ilə danışıqlara başlamaq üçün İranla hazırlanan qarşılıqlı anlaşma memorandumu barədə söhbət edib. İsrailin bu memorandumda tərəf olmamasına baxmayaraq, Baş nazir prezident Trampa göstərdiyi qətiyyətə görə minnətdarlığını bildirib. O qeyd edib ki, danışıqların sonunda əldə olunacaq yekun sazişə zənginləşdirilmiş materialların ölkədən çıxarılması, zənginləşdirmə infrastrukturunun sökülməsi, raket istehsalının məhdudlaşdırılması və İranın regiondakı proksi qüvvələrinə dəstəyinə son qoyulması bəndləri daxil edilməlidir", — deyə məlumatda bildirilir.
Məryəm Quliyeva