Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlanıb Hadisə

Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlanıb

Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlayanlar saxlanılıblar.

DİN xəbər verir ki, paytaxtın Sabunçu rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Xəlilova və 26 yaşlı İ.Quluzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, onlar hissə-hissə evdən ümumi dəyəri 14 min manat olan qızıl-zinət əşyalarını talayıblar. Araşdırmalar davam etdirilir.