İran ABŞ-ın məktubuna cavabını Pakistana təqdim edib Gündəm

İran ABŞ-ın məktubuna cavabını Pakistana təqdim edib

İran hakimiyyəti, Tehran və Vaşinqton arasındakı danışıqlarda vasitəçi qismində çıxış edən Pakistana cavab məktubu təqdim edib. Sözügedən ilkin məktub Pakistanın daxili işlər naziri Möhsin Rza Nəqvi tərəfindən İslam Respublikasının paytaxtına etdiyi son səfəri zamanı çatdırılmışdı.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Telekanalın diplomatik mənbəsinin verdiyi məlumata görə, "İran, Pakistanın daxili işlər naziri tərəfindən ötürülən məktuba öz cavabını təqdim edib". Tehranın cavab məktubunda yer alan konkret bəndlər barədə məlumat verilmir.

Eyni mənbə "İran və Vaşinqton arasında razılaşma üzrə danışıqların davam etdiyini" təsdiqləyib. Onun sözlərinə görə, Pakistan və Qətər "son saatlarda sazişin irəlilədilməsi üçün səylərini aktivləşdiriblər".

Məryəm Quliyeva