İranın cənubunda partlayışlar baş verib Gündəm

İranın cənubunda partlayışlar baş verib

Hürmüzqan əyalətinin Sirik şəhəri yaxınlığında, Hörmüz boğazı zonasında bir neçə partlayış baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, partlayışların İran və ABŞ silahlı qüvvələri arasında baş verən qarşılıqlı zərbələr zamanı boğazın akvatoriyasında törədildiyi ehtimal olunur.

Məryəm Quliyeva