Bakıda Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü keçirilir - YENİLƏNİB Siyasət

Bakıda Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü keçirilir - YENİLƏNİB

Hazırda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili arasında təkbətək görüş keçirilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.

***

17:03

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qarşılayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.

Qeyd olunub ki, görüş Azərbaycan Xarici İşlər Nazirliyində keçirilir.