11:33
1 155
Aİ üzv dövlətlərinin imzaladığı və üçüncü ölkələrdə miqrant qəbul mərkəzlərinin yaradılmasına çağıran məktub Fransanı çaşdırdı.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məqalədə deyilir ki, Fransa Prezidenti Emmanuel Makronun bu ideyanı tənqid etməsi, miqrantların deportasiyası və üçüncü ölkələrdəki saxlama məntəqələrinin xərclərini kimin ödəməli olduğu barədə Aİ üzvləri arasında qarşıdurmaya səbəb olub.
İki Aİ diplomatının sözlərinə görə, məktub Fransanı təəccübləndirib, çünki sənədi birliyin 19 ölkəsi imzalayıb.
"Politico" vurğulayır ki, bu məktubun sonuncu bəndində həmin mərkəzlərin yaradılması təşəbbüslərini dəstəkləmək üçün Avropa İttifaqının büdcəsindən vəsait ayrılması tələb olunur, bunu isə Makronun dəstəkləmə ehtimalı olduqca azdır.
Nəşr sonda qeyd edir ki, deportasiya mərkəzləri yaratmaq üçün əvvəlki uğursuz cəhdlər — Böyük Britaniyanın Ruandadakı iflasından tutmuş, Avstraliyanın Sakit okeanın cənubundakı uğursuz eksperimentlərinə qədər — bu mövzunun siyasi bir mina sahəsi olduğunu göstərdi. Bu məsələ Aİ büdcəsinə toxunmağa başlayan kimi, mübarizə qışın oğlan çağına qədər uzana bilər.
Məryəm Quliyeva