09:17
1 141
Omanın xarici işlər naziri Bədr əl-Busaidi Maskatda İran Məclisinin (parlamentinin) spikeri Məhəmməd Baqir Qalibaf və İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qalibafın mətbuat xidməti məlumat yayıb.
Bəyanatda bildirilir: "Tərəflər sülh səylərini dəstəkləmək, atəşkəs və sabitliyi möhkəmləndirmək üçün mövcud diplomatik məqamdan istifadə etməyin vacibliyini vurğulayıblar. Bu, gərginliyin azaldılması şanslarını artıracaq, regionun təhlükəsizliyini, həmçinin Hörmüz boğazında və beynəlxalq dəhlizlərdə dəniz gəmiçiliyinin təhlükəsizliyini qoruyacaq".
Görüş zamanı həmçinin ikitərəfli münasibətlər, mehriban qonşuluq prinsipləri və Yaxın Şərqdəki son hadisələr müzakirə olunub. İran nümayəndə heyəti İsveçrədə ABŞ nümayəndələri ilə aparılan danışıqlardan sonra sultanlığa rəsmi səfərə gəlib.
Məryəm Quliyeva