09:35
707
Polşa Müdafiə Nazirliyi Ukraynaya təhvil verilməsi nəzərdə tutulan "MiQ-29" qırıcılarını tədricən istismardan çıxaracaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Wirtualna Polska" portalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Varşava ilə Kiyev arasındakı saziş Ukraynanın öz öhdəliklərini yerinə yetirməkdən imtina etməsi səbəbindən pozulub. Portal Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın bu sözlərini sitat gətirir: "Biz Ukraynaya PUA texnologiyalarının ötürülməsi ilə bağlı aydın təklif təqdim etmişdik. İlkin olaraq bu sahədə razılıq əldə olunmuşdu. Bu gün isə Ukrayna həmin sazişə əməl etmir".
Portal qırıcıların istismardan çıxarılma tarixlərini açıqlamır.
Məryəm Quliyeva