12:42
952
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın pilotsuz uçuş aparatları istehsal edən müəssisələrinə endirdiyi zərbələrdən sonra Kiyevə dron istehsalı üçün yeni vəsait ayıracağını vəd edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Ötən həftə biz Ukraynanın müdafiəsini qabaqcıl dron texnologiyaları hesabına gücləndirmək üçün nəzərdə tutulan 90 milyard avrodan ilk 4 milyard avronu təqdim etdik. Tezliklə daha çox vəsait daxil olacaq", — deyə o bildirib.
Fon der Lyayen həmçinin "21-ci sanksiyalar paketi üzərində intensiv işləyəcəyinə" və dəvət olunduğu NATO-nun Ankara sammitində Ukrayna üçün hava hücumundan müdafiə (HHM) sistemləri məsələsini qaldıracağına söz verib.
Məryəm Quliyeva