Obama Mustafa Cəmilovu arxayın etdi Dünya

Obama Mustafa Cəmilovu arxayın etdi

Demokratiya və insan haqları sahəsində fəaliyyətinə görə Polşa dövlətindən "Solidarnost" mükafatı alan Krım tatarlarının lideri Mustafa Cəmilov "Amerikanın səsi"nə verdiyi müsahibəsində ABŞ prezidenti ilə görüşündən danışıb.
O deyib ki, Polşanın Kral sarayında ödül törənindən sonra dövlət başçısı ziyafət təşkil edib və ziyafətdə 20-30 dövlətin başçısı iştirak edib: "Çoxsaylı xarici işlər nazirləri də var idi. Biz ABŞ prezidenti Barak Obama ilə eyni masada əyləşmişdik. Obama masadan qalxdı, yanıma gəldi, mükafata görə təbrik etdi, xoş sözlər söylədi.
Onunla Krımdakı, Ukraynadakı vəziyyət barədə danışdım. Narahatlığımı bildirdim. Dedim ki, son zamanlar elə bil Krımın unudulması kimi bir hiss var, ancaq xalqımız təhlükə altındadır. Obama isə dedi ki, belə bir şey yoxdur. Qeyd elədi ki, ABŞ Krımın bir qarışını belə Rusiya ərazisi kimi tanımayacaq".