16:52
455
İsrail yenidən İrana hücum etməyə və İslam Respublikasının energetika obyektlərinə zərbə endirməyə hazırdır, lakin Vaşinqton bu addıma razılıq vermir.
Xalqcebhesi.az xəbər verir ki, bu bəyanatla İsrailin müdafiə naziri İsrael Katz "C14" telekanalına müsahibəsində çıxış edib.
"Biz (İsrail) həqiqətən də İranın energetika obyektlərinə hücum etmək istəyirik, lakin ABŞ hazırda buna tərəfdar deyil, çünki bu, qonşu ölkələrə zərər vuracaq və qlobal neft böhranına gətirib çıxaracaq", — deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib. Katzın sözlərinə görə, "İsrail Müdafiə Qüvvələri təlimat alıb və İrana təkbaşına hücum etməyə hazırlaşır". "İndi biz (İsrail) tək deyilik, ABŞ var, baxaq görək onlar nə edəcəklər, əməliyyatlara qayıdacaqlar, yoxsa başqa yollarla hərəkət edəcəklər", — deyə o əlavə edib.
İsrail MN rəhbərinin fikrincə, "ABŞ və İran arasında İsrailin konkret maraqlarından kənara çıxan müəyyən problemlər var, məsələn, Hörmüz boğazı və ya energetika". "Mən bəyan etmişəm, Baş nazir Binyamin Netanyahu bəyan edib ki, əgər İsrailə atəş açılarsa, biz bütün gücümüzlə hücum edəcəyik", — deyə Katz davam edib. O qeyd edib ki, Netanyahunun bir neçə saatdan sonra amerikalı lider Donald Trampla gözlənilən görüşü dialoq xarakteri daşıyır. "ABŞ Prezidenti İsrailin Baş nazirinə öz niyyətləri barədə danışacaq, Baş nazir isə, təbii ki, ona bizim müttəfiq olduğumuzu izah edəcək və biz vəziyyəti birlikdə təhlil edərək hələ reallaşdırılması nəzərdə tutulan əsas məqsədlərə necə çatmaq lazımdığını müzakirə edəcəyik", — deyə o əlavə edib.
Məryəm Quliyeva