13:05
378
İsrail rəhbərliyi ABŞ və İran arasında münaqişənin mövcud səviyyədə davam etməsini tərəflər arasında sazişin bağlanması ilə müqayisədə öz maraqları üçün daha sərfəli hesab edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin diplomatik mənbələrinə istinadən "Al-Monitor" portalı məlumat yayıb.
"Mövcud status-kvo — genişmiqyaslı müharibənin və eyni zamanda dialoqun olmaması — İsrail üçün Vaşinqton və Tehran arasında sazişin olmasından daha üstündür. İsrail əmindir ki, iki tərəf arasında bağlanacaq sövdələşmə ne İranın nüvə proqramının dayandırılmasına, ne də ballistik raket istehsalının ləğv edilməsinə təminat verəcək", — deyə portalın həmsöhbətlərindən biri qeyd edib.
İsrail hakimiyyəti hesab edir ki, ABŞ hazırda ilk növbədə Hörmüz boğazında gəmiçiliyin bərpası məsələsinə diqqət yetirib. İsrail üçün ən vacib olan İranın nüvə və raket proqramları məsələsi isə Vaşinqton tərəfindən arxa plana keçirilib. Bundan əlavə, mənbələrin qeyd etdiyi kimi, İsrail hakimiyyəti Vaşinqton üzərində əhəmiyyətli təsir gücünə malik deyil. Bu səbəbdən ABŞ və İran arasındakı danışıqlar prosesində yəhudi dövləti Ağ evə təzyiq göstərmək iqtidarında olmayan passiv müşahidəçi kimi qalır.
Məryəm Quliyeva