AP: Hörmüz boğazından keçid yekun sazişədək rüsumsuz olacaq Dünya

AP: Hörmüz boğazından keçid yekun sazişədək rüsumsuz olacaq

İranla yekun saziş bağlanana qədər Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum alınmayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə amerikalı rəsmilərə istinadən "Associated Press" (AP) agentliyi məlumat verib.

İran və Omanın razılaşmasına əsasən, gəmiçilik müvəqqəti olaraq şimal və cənub koridorları ilə həyata keçiriləcək, daha sonra isə mərkəzi dəhlizə keçiriləcək. Vaşinqton bu rejimin müvəqqəti olduğunu bildirərək boğazda gəmiçiliyin daimi olaraq rüsumsuz qalması üçün hərtərəfli saziş tələb edir.

Məryəm Quliyeva