Avropa Komissiyası Aİ ölkələrini Ukraynaya HHM raketləri verməyə çağırıb Gündəm

Avropa Komissiyası Aİ ölkələrini Ukraynaya HHM raketləri verməyə çağırıb

Avropa Komissiyası HHM ehtiyatı olan Aİ ölkələrinə çağırış edərək raketlərini Ukrayna ilə paylaşmağı xahiş edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper bildirib.

AK nümayəndəsi Balaş Uyvari iyun ayından bəri Kiyevə 8,5 milyard avro ayrıldığını, lakin bu vəsaitin indiyədək daha çox hücum silahlarına (qırıcılar, PUA-lar, raketlər) yönəldildiyini bildirib. O, Ukraynanın müdafiə xarakterli raket-ələkeçiricilər üçün də rəsmi müraciət edə biləcəyini qeyd edib.

Məryəm Quliyeva