Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
Yəməndə ordu ilə husilər arasında toqquşma: Qəfil hücum 45 nəfərin həyatına son qoydu
Neft Fondunun daşınmaz əmlak investisiyalarının dəyəri 4 milyard 752,8 mln. dollar olub
17:34
336.jpg)
Bu ilin əvvəlinə Neft Fondunun daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi dəyəri 4 milyard 752,8 mln. dollar təşkil edib.
Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.
Sənədə əsasən, Fond London şəhərinin "West End" səmtində, "Seynt Ceyms 78" ünvanında yerləşən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi "Tverskaya 16" ünvanında yerləşən "Qalereya Aktyor" ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən daşınmaz əmlak kompleksinə və Tokio şəhərində yerləşən ticarət mərkəzinə investisiya edib.
Bundan əlavə daşınmaz əmlak altportfelinə "PGIM", "PAG", "E-Shang Redwood", "Gaw Capital", "Blackstone", "BlackRock", "Walton Street", "Ares", "BentallGreenOak", "Starwood", "Angelo, Gordon & Co", "FLE SICAVFIS", "Prologis", "Charter Hall", "Brookfield", "Niam", Beynəlxalq Maliyyə Korporasiyası, "EQT", "Global Infrastructure Partners (GIP)" tərəfindən idarə olunan fond investisiyaları; "Azerbaijan Rigs" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan investisiyalar; "PGIM", "Gaw Capital", "KIC" və "AroundTown", "KKR & Co. Inc", "Lunate", "Carlyle Group", "GIP", "Brookfield" və "CVC Capital Partners" şirkətləri ilə birlikdə müştərək investisiyalar; eləcə də "Enfinity Global"-ın bərpaolunan enerji layihəsinə edilmiş birbaşa investisiya da portfelə daxil olub.
2025-ci ildə aktivlərin yenidən təsnifləşdirilməsi nəticəsində Fondun Səhmlər alt portfelinə daxil olan 571,1 mln. ABŞ dolları məbləğində investisiyalar daşınmaz əmlak alt portfelinə transfer edilib. Hesabat ili ərzində infrastruktur investisiyaları üzrə 10,8% gəlirlilik əldə olunub. Bunun nəticəsində Daşınmaz əmlak alt portfelinin ümumi gəlirlilik göstəricisi ilin yekununda müsbət 22 formalaşıb. Daşınmaz əmlak portfelinin faktiki gəlirliliyi -0,02% təşkil edib.