Rubinyan Matviyenkoya ixrac məhdudiyyətlərindən narahatlığını çatdırıb
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Bəniz" ləqəbli tiktokerə hökm oxunub
Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
18:03
483
“Trabzonspor” Məhəmməd Salah transferinin maliyyə detallarını açıqlayıb.
Apasport.az xəbər verir ki, Türkiyə klubu misirli hücumçu ilə 2 illik müqavilə imzalandığını rəsmən təsdiqləyib.
Qara dəniz təmsilçisinin açıqlamasına əsasən, Salah hər mövsüm üçün 10 milyon avro əməkhaqqı və 7 milyon avro imza haqqı olmaqla, ümumilikdə 17 milyon avro qazanacaq.
Bundan əlavə, 34 yaşlı futbolçuya müqavilədə nəzərdə tutulan şərtlərə əsasən bonuslar ödəniləcək. Həmçinin “Məhəmməd Salah” adı ilə satılacaq məhsullardan əldə olunan gəlirin 20 faizi futbolçuya veriləcək.