Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
Yəməndə ordu ilə husilər arasında toqquşma: Qəfil hücum 45 nəfərin həyatına son qoydu
Neft Fondunun daşınmaz əmlak investisiyalarının dəyəri 4 milyard 752,8 mln. dollar olub
17:34
378
Üsyançı “Ənsarallah” Hərəkatının (husilər) Mərib və Hədrəməut əyalətlərində Yəmənin nizami və rəsmi ordusunun mövqelərinə hücumları nəticəsində azı 45 hərbçi həlak olub.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, üsyançılar iki hərbi düşərgəyə hücum ediblər. Onlardan biri ölkənin şimal-şərqində beynəlxalq səviyyədə tanınmış hökumətin əsas dayaq məntəqəsi hesab olunan Mərib əyalətində, digəri isə şərqdə yerləşən Hədrəməut əyalətində yerləşir. Hücumların dəqiq nə vaxt həyata keçirildiyi barədə məlumat verilməyib.
Çərşənbə günü husilərin Yəmənin qərbində yerləşən Əl-Xudeyda əyalətinin cənubunda hökumət qüvvələrinin mövqelərinə qarşı genişmiqyaslı hücuma cəhd etdiyi bildirilmişdi.
Yəməndə hökumət qüvvələri ilə husilər arasında qarşıdurma 2014-cü ilin avqustundan davam edir. BMT-nin vasitəçiliyi ilə 2022-ci ildə əldə olunan atəşkəsdən sonra ölkədə genişmiqyaslı hərbi əməliyyatları faktiki olaraq dayandırılsa da, bəzi bölgələrdə vaxtaşırı lokal silahlı toqquşmalar baş verir.